Qafqaz Konserv Zavodu 12 Sentyabr 2003-cü il tarixində Xaçmaz rayonunda fəaliyyətə başlamışdır. Müəssisənin ümumi sahəsi 40 hektara yaxındır. Qafqaz Konserv Zavodu illik 20-25 (13-15 faktiki) min ton meyvə-tərəvəz konservi və 9 (6 faktiki) min ton ət konservi məhsullarının istehsalı gücünə malik olmaqla, Azərbaycan Respublikasının Şimal Regionunda Kənd Təsərrüfatı məhsullarının əsas alıcısı kimi fəaliyyət göstərir. Müəssisədə 350 nəfərdən artıq işçi çalışır. Yaxın illərdə fabrikdə yeni məhsulların istehsalı ilə istehsalat sahələrinin genişləndirilməsi nəzərdə tutulur. İstehsal həcminin artması işçilərin də sayının bir neçə dəfə artmasına şərait yaradacaq.
İnkişafındakı dinamikliyi möhkəmləndirmək, ixrac potensialını genişləndirmək məqsədi ilə Qafqaz Konserv Zavodu Azərbaycan Respublikasının Qanunvericiliyinə uyğun olaraq, beynəlxalq normalar çərçivəsində fəaliyyətini davam etdirir.
TS-EN-ISO 9001:2015
FSSC 22000 – Food Safety System Certification
KOSHER
HALAL
AQTA
Uyğunluq sertifikatı
Müəssisə 120-ə yaxın məhsul çeşidi istehsal etməklə məhsullarının 50-60%-nin yerli bazara satışını həyata keçirir. Müəssisənin ən əhəmiyyətli hədəfi şərtsiz müştəri məmnuniyyətidir.
Hər zaman istehlakçılara yüksək keyfiyyətli məhsullar təklif edən zavod Türkiyə, Almaniya, İtaliya, Avstriya kimi ölkələrin qabaqcıl şirkətlərinin avadanlıq və təchizatları ilə təmin olunmuşdur.
Qafqaz Konserv Zavodunun məhsulları tənəkə, şüşə, karton və plastik qablaşdırmalarda aseptik torbalarda istehsal olunur. Məhsul qrupları aşağıdakı kimidir:
· Ət Konservləri
· Hazır yeməklər
· Ətli sıyıqlar
· Tomat pastası
· Soyulmuş Pomidor
· Yaşıl Noxud
· Meyvə püreləri
· Kompotlar
· Mürəbbələr
· Cemlər
· Povidlolar
· Jelelər
Fabrikin müasir anbar infrastrukturuna malik olması onu öz sektorunda qabaqcıl şirkətlərdən birinə çevirmişdir. Bazar iqtisadiyyatının təşəkkül tapdığı bir dövrdə müasir texnologiyaların istehsalatda tətbiqi, eləcə də müştəri məmnuniyyəti Qafqaz Konserv Zavodu üçün proritetdir.
Müəssisə işçilərin rahatlığını təmin etmək məqsədilə işçilərin iş vaxtı çay və isti yeməklə, işə gəlib getmələri üçün nəqliyyat vasitəsilə, həmçinin xüsusi iş geyimləri ilə təminatını yüksək səviyyədə həyata keçirir. İşçi heyətinin bilik və bacarıqlarının, peşəkar səviyyəsinin artırılması üçün şirkət hesabına daxili, xarici təlimlər və seminarlar təşkil olunur. Fabrik işçilərinin və müştərilərin təhlükəsizliyini təmin etmək məqsədi ilə işçilər mütəmadi olaraq tibbi müayinədən keçirilir.
Həmçinin Qafqaz Konserv Zavodu idarəçiliyində Biləsuvar Konserv Zavodu və Lənkaran Konserv Zavodu da fəaliyyət göstərir. Bu zavodlar haqqında məlumatlar aşağıda qeyd edilmişdir:
Biləsuvar Konserv Zavodu
Biləsuvar Konserv Zavodu 2010-cu ildə ölkə prezidenti İlham Əliyevin sahibkarlığın inkişafına dəstək siyasətinə uyğun olaraq Dövlətin güzəştli krediti və “Azərsun Holdinq”in vəsaiti hesabına qurulub. Fəaliyyət sahəsi müxtəlif konservləşdirilmiş məhsulların istehsalı olan zavodda “Supersun”, “Bizim Tarla”, “Bostan”, “Saville”, “Chveni Supra”, “Final”, “Blendo” markaları altında Tərəvəz turşuları, Badımcan Kürüsü, , Soyulmuş pomidor, Yaşıl noxud, Tomat pastası məhsulları o cümlədən xüsusi olaraq Azərbaycan brendi kimi “Bizim Tarla” markası altında tərəvəz və turşu məhsulları istehsal olunur. Müəssisə regionun və eləcə də ölkənin qida təhlükəsizliyinin təmin edilməsində mühüm yer tutur. İstehsal gücü bütün məhsullar üzrə ildə 25000 ton olan zavodda 700-800 nəfər işçi çalışır. Müəssisə bölgədə işsizliyin azaldılmasında mühür rol oynamaqla yanaşı ətraf rayonlarda fəaliyyət göstərən istehsalçılardan və əhalidən müxtəlif meyvə və tərəvəzlərin qəbulunu həyata keçirərək kənd təsərrüfatının inkişafına da öz töhvəsini verir. Biləsuvar Konserv Zavodunda ABŞ, Macarıstan, İtaliya, Almaniya, Türkiyə, İsrail kimi ölkələrdən alınmış ən son texnologiyalara əsaslanan avadanlıqlar qurraşdırılıb. İstehsalatın İSO 9001 və FSSC 22000 standartlarına uyğun olaraq aparılması istehsal olunan məhsulların daxili və xarici bazarlarda istehlakçıların rəğbətini qazanmasına səbəb olmuşdur. Həmçinin Biləsuvar Konserv Zavodu AQTA QİDA MƏHSULLARI SAHƏSİNDƏ FƏALİYYƏT GÖSTƏRƏN SUBYEKTLƏRİN DÖVLƏT ÇIXARIŞI ilə Qida Təhlükəsizliyi qeydiyyatına alınmışdır. Bunlardan əlavə aşağıdakı sertifikatlara da sahibdir:
TS-EN-ISO 9001:2015
FSSC 22000 – Food Safety System Certification
KOSHER
HALAL
Uyğunluq sertifikatı
Zavodda istehsal olunan məhsullar Rusiya, Ukrayna, Almaniya, Moldova, Dubay, Gürcüstan, İraq, ABŞ, Kanada, Latviya, Litva, Estoniya, İtaliya və digər ölkələrə ixrac olunur. Azərbaycanda ilk dəfə olaraq məhz Biləsuvar Konserv Zavodu regionun ən böyük konserv istehsal müəssisəsidir.
Lənkəran Konserv Fabriki
2009-cu ildə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin sahibkarlığın inkişafına dəstək siyasətinə uyğun olaraq dövlətin güzəştli krediti və “Azərsun Holdinq”in vəsaiti hesabına qurulmuşdur.
Lənkəran Konserv Fabrikində “Bizim Tarla”, “Bostan”, “Saville”, Bizim Bostan, Chveni Supra, Final, Blendo markaları altında Manqal Salatı, Közlənmiş Badımcan Kürüsü, Ajvar Salatı, Pindjur Salatı, Leço, müxtəlif Kompotlar, Turşular, Mürəbbələr, Tomat pastası məhsulları, o cümlədən xüsusi olaraq Lənkəran brendi kimi “Bostan-Lənkəran” markası altında kompot və turşu məhsullarımız istehsal olunmaqdadır. Müəssisə regionun və eləcə də ölkənin qida təhlükəsizliyinin təmin edilməsində mühüm yerə malikdir. İstehsal gücü bütün məhsullar üzrə ildə 20000 ton olmaqla, müəssisə bölgədə işsizliyin azaldılmasında mühür rol oynamaqla yanaşı, cənub bölgəsində fəaliyyət göstərən kənd təsərrüfatı məhsullarının istehsalçılarından və əhalidən müxtəlif meyvə və tərəvəzlərin qəbulunu həyata keçirərək kənd təsərrüfatının inkişafına da öz töhvəsini verməkdədir.
Müəssisədə İtaliya, Almaniya, Türkiyə, İsrail kimi ölkələrdən alınmış ən son texnologiyalara əsaslanan avadanlıqlar quraşdırılması, istehsalatın İSO və HACCP standartlarına uyğun olaraq aparılması istehsal olunan məhsulların daxili və xarici bazarlarda istehlakçıların rəğbətini qazanmasına səbəb olmuşdur. Azərbaycanda ilk dəfə olaraq məhz Lənkəran Konserv Fabrikində “Ekoloji təmiz məhsullar” istehsal edilməsinə başlanılmışdır. İstehsal olunan məhsulların ekoloji təmiz olması “CRES Certification of Enviromental Standard” şirkəti tərəfindən yoxlanılmış və müsbət rəy verilmişdir.