2009-cu ildə Azərbaycan Respublikası Prezidenti Cənab İlham Əliyevin Sahibkarlığın İnkişafına dəstək siyasətinə uyğun olaraq Dövlətin güzəştli krediti və Azersun Holding MMC-nin vəsaiti hesabına qurulmuşdur.
Lənkəran Konserv Zavodunda “Bizim Tarla”, “Bostan”, “Saville”, Bizim Bostan, Chveni Supra, Final, Blendo markaları altında Manqal Salatı, Közlənmiş Badımcan Kürüsü, Ajvar Salatı, Pindjur Salatı, Leço, müxtəlif Kompotlar, Turşular, Mürəbbələr, Tomat pastası məhsulları, o cümlədən xüsusi olaraq Lənkəran brendi kimi “Bostan-Lənkəran” markası altında kompot və turşu məhsullarımız istehsal olunmaqdadır. Müəssisə regionun və eləcə də ölkənin qida təhlükəsizliyinin təmin edilməsində mühüm yerə malikdir. İstehsal gücü bütün məhsullar üzrə ildə 15000 ton olan müəssisədə 350 nəfər işçi çalışır ki, bu da bölgədə işsizliyin azaldılmasında mühür rol oynamaqla yanaşı, kənd təsərrüfatı məhsullarının istehsalçılarından və əhalidən müxtəlif meyvə və tərəvəzlərin qəbulunu həyata keçirərək kənd təsərrüfatının inkişafına da öz töhvəsini verməkdədir.
Müəssisədə İtaliya, Almaniya, Türkiyə, İsrail kimi ölkələrdən alınmış ən son texnologiyalara əsaslanan avadanlıqlar quraşdırılması, istehsalatın İSO 9001, FSSC 22000, KOSHER və HACCP standartlarına uyğun olaraq aparılması istehsal olunan məhsulların daxili və xarici bazarlarda istehlakçıların rəğbətini qazanmasına səbəb olmuşdur. Azərbaycanda ilk dəfə olaraq məhz Lənkəran Konserv Fabrikində “Ekoloji təmiz məhsullar” istehsal edilməsinə başlanılmışdır. İstehsal olunan məhsulların ekoloji təmiz olması “CRES Certification of Enviromental Standard” şirkəti tərəfindən yoxlanılmış və müsbət rəy verilmişdir. Müəssisənin məhsulları dünyanın 30 dan artıq ölkəsinə ixrac olunur.