keyfiyyetli-ve-qida-tehlukesizliyi-siyaseti

Xammalın istehsalata girişindən hazır məhsulun istehlakına qədər bütün mərhələlərdə Keyfiyyət və Qida təhlükəsizliyi bizim üçün ən önəmli hissədir.

Bunun üçün biz daim aşağdakı fəaliyyətləri təqib edirik:

  • Keyfiyyətli və Qida təhlükəsizliyi qaydalarına uyğun məhsul istehsal etmək üçün Dövlət qanunlarını, Milli və Beynəlxalq Standartların tələblərini bütün işçilərimizin iştirakı ilə tətbiq etmək və effektivliyini davamlı yaxşılaşdırmaq;
  • Qida zənciri boyu məhsulun təhlükəsizliyini təmin etmək;
  • Beynəlxalq Standartlar üzrə İdarəetmə Sistemlərinin inkişafına müsbət təsir edən qabaqcıl metodlardan istifadə etməklə, müasir texnika və texnologiyaların tətbiqinə nail olmaq;
  • Standartlara uyğun yüksək keyfiyyətli və etibarlı məhsul istehsal etmək;
  • Gigiyena, ətraf mühit, insan sağlamlığı və təhlükəsizlik qaydalarına əməl etməklə lider müəssisə olmaq;
  • İşçilərin bilik, bacarıq və peşə təcrübələrini həvəsləndirmə və tədris yolu ilə artırmaq,
  • Müştəri məmnuniyyətini təmin edərək, davamlı inkişafa nail olmaq;
  • Fəaliyyətimizdə risk və aspektləri dəyərləndirərək, müvafiq tədbirlər görmək, etibarlı iş mühiti yaratmaq və bunun qorunması.

Əlavə olaraq ehtiyac duyulan digər operativ tədbirlər də bura daxildir.