setemm-siyaset

Qafqaz Konserv Zavodu Azərbaycanın şimal bölgəsində, Xaçmaz şəhərində, konserv və  qida məhsulları istehsalı üzrə  SƏTƏMM sahəsində ən yaxşı təcrübəyə əsaslanan qüsursuz sənaye standartlarına nail olmaq üçün fəaliyyət göstərir. SƏTƏMM siyasətimiz milli qanunvericiliyə uyğun və  beynəlxalq standartlar əsasında formalaşdırılmışdır. Müəssisənin SƏTƏMM  siyasətinin fundamental prinsipləri isə “Azərsun Holdinq”ə məxsus dəyərlərdə də əksini tapır.

·      Ədalət və düzgünlük – Fəaliyyət istiqamətlərimizin təməlində ədalət anlayışı durur. Tərəzimizi düzgün qurub, başqalarının haqqına tənəzzül etmərik,

·      Məsuliyyət – İstehsal etdiyimiz hər bir məhsulda insan sağlamlığı amilini dərk edir və bu məsələdə qətiyyən güzəştə getmirik,

·      Əməkdaşlıq – İşçilərimizə etibarlı, təhlükəsiz və sağlam işləyə biləcəkləri iş şəraiti yaradırıq,

·      Bərabərlik – Bütün işçilərimizə və iş münasibətində olduğumuz şəxslərə dil, din, irq, milliyət və sosial statuslarına baxmadan bərabər davranırıq,

·      Ətraf mühiti qoruma – Hər bir işimizdə ətraf mühiti , təbiəti qorumağa çalışırıq.

·      İşçi heyətimizin SƏTƏMM qaydalarını birinci dərəcədə əhəmiyyətə malik amil kimi əsas götürəcəyinə və əməli fəaliyyətimizin əsası olan davamlı inkişafın və inamın əldə olunmasında iştirakını əsirgəməyəcəyinə inanırıq. 

Qafqaz Konserv Zavodu olaraq bizim başlıca öhdəliklərimiz aşağıdakılardır:

·      - İstehsalatın səmərəliliyini yüksəltmək, məhsulun keyfiyyətini yaxşılaşdırmaq üçün təhlükəsiz və sağlam əmək şəraiti yaratmaq, əmək prosesində işçilərin sağlamlığının və iş qabiliyyətinin mühafizəsini təmin etmək,