Qafqaz Konserv Zavodu Azərbaycanın şimal bölgəsində, Xaçmaz şəhərində, konserv və qida məhsulları istehsalı üzrə SƏTƏMM sahəsində ən yaxşı təcrübəyə əsaslanan qüsursuz sənaye standartlarına nail olmaq fəaliyyət göstərir. SƏTƏMM siyasətimiz milli qanunvericiliyə uyğun və beynəlxalqstandartlar əsasında formalaşdırılmışdır. Müəssisənin SƏTƏMM siyasətinin fundamental prinsipləri isə “Azərsun Holdinq”ə məxsus 19 dəyərdən, 5-də öz əksini tapır.
Ədalət və düzgünlük – Fəaliyyət istiqamətlərimizin təməlində ədalət anlayışı durur. Tərəzimizi düzgün qurub, başqalarının haqqına tənəzzül etmərik,
Məsuliyyət – İstehsal etdiyimiz hər bir məhsulda insan sağlamlığı amilini dərk edir və bu məsələdə qətiyyən güzəştə getmirik,
Əməkdaşlıq – İşçilərimizə etibarlı, təhlükəsiz və sağlam işləyə biləcəkləri iş şəraiti yaradırıq,
Bərabərlik – Bütün işçilərimizə və iş münasibətində olduğumuz şəxslərə dil, din, irq, milliyət və sosial statuslarına baxmadan bərabər davranırıq,
Ətraf mühiti qoruma – Hər bir işimizdə ətraf mühiti , təbiəti qorumağa çalışırıq.
İşçi heyətimizin SƏTƏMM qaydalarını birinci dərəcədə əhəmiyyətə malik amil kimi əsas götürəcəyinə və əməli fəaliyyətimizin əsası olan davamlı inkişafın və inamın əldə olunmasında iştirakını əsirgəməyəcəyinə inanırıq.
Bizim başlıca öhdəliklərimiz:
- İstehsalatın səmərəliliyini yüksəltmək, məhsulun keyfiyyətini yaxşılaşdırmaq üçün təhlükəsiz və sağlam əmək şəraiti yaratmaq, əmək prosesində işçilərin sağlamlığının və iş qabiliyyətinin mühafizəsini təmin etmək,