keyfiyyetli-ve-qida-tehlukesizliyi-siyaseti

“Keyfiyyət həyat tərzidir” prinsipini əsas alaraq, xammalın girişindən istehlakına qədər hər mərhələlərdə:

Keyfiyyətli və Qida təhlükəsizliyi qaydalarına uyğun məhsul istehsal etmək üçün Dövlət qanunlarını, Milli və Beynəlxalq Standartların tələblərini bütün işçilərimizin iştirakı ilə tətbiq etmək və effektivliyini davamlı yaxşılaşdırmaq,

Qida zənciri boyu məhsulun təhlükəsizliyini təmin etmək,

Beynəlxalq Standartlar üzrə İdarəetmə Sistemlərinin inkişafına müsbət təsir edən qabaqcıl metodlardan istifadə etməklə, müasir texnika və texnologiyaların tətbiqinə nail olmaq, Standartlara uyğun yüksək keyfiyyətli və etibarlı məhsul istehsal etmək,

Gigiyena, ətraf mühit, insan sağlamlığı və təhlükəsizlik qaydalarına əməl etməklə lider müəssisə olmaq,

İşçilərin bilik, bacarıq və peşə təcrübələrini həvəsləndirmə və tədris yolu ilə artırmaq,

Müştəri məmnuniyyətini təmin edərək, davamlı inkişafa nail olmaq,

Fəaliyyətimizdə risk və aspektləri dəyərləndirərək, müvafiq tədbirlər görmək, etibarlı iş mühiti yaratmaq və bunun qorunması üçün tədbirlər daxildir.