Qafqaz Konserv Zavodu
QAFQAZ KONSERV ZAVODU

Təbii, Keyfiyyətli, Faydalı

“Qafqaz Konserv Zavodu” MMC yeni istehsal mövsümünə sürətli çıxış həyata keçirdirərək müxtəlif növ məhsul emallarını ard-arda sıralamaqdadır. Bu günlərdə yüksək keyfiyyət və ləzizliyi ilə diqqət çəkən növbəti məhsul “Bizim tarla” Qoz Mürəbbəsi istehsalı müvəffəqiyyətlə davam edir. İstehsallar 450 gr, 700 gr , 2.5 kg şüşə bankalarda qablaşdırılır.

Emal edilmiş qoz

  1. 1 kq, şəkər
  2. 1,5 kq, limon turşusu
  3.  3 q, mixək
  4.  3 q və ya hil
  5.  3 q (50 əd. qoza 1 kq şəkər)

Mürəbbə bişirmək üçün diametri 24 mm-dən az olmayan qabığı odunlaşmamış sütül qoz götürülür. Qozu qabığı nazik soyulur, gündə 2-3 dəfə suyuna dəyişmək şərti ilə 3 gün suda saxlanılır. Sonra qoz əhəng suyuna qoyulur. Gündə 4-5 dəfə qarışdırmaq şərti ilə 2-3 gün əhəng suyunda çıxarılmış qozları bir neçə yerindən dişdəkləyib yenidən gündə 2-3 dəfə suyuna dəyişmək şərti ilə 3 gün suda saxlayırlar. Beləliklə, emal edilmiş qozlar qaynar suda 20-25 dəq. pörtülür. Üzərinə şərbət əlavə edib arada 2-3 dəfəyə bişirilir. Axırda limon turşusu, mixək və ya hil əlavə edilir.

Qoz mürəbbəsi insan sağlamlığı baxımından böyük əhəmiyyət daşımaqdadır.  Qoz tərkibindəki fosfor və kalsium səbəbi ilə zehini yorğunluğu aradan qaldırar, sümük və dişləri gücləndirər. Kalium baxımından olduqca zəngindir. Kalium, sinirlərin sakitliyi  və əzələ toxumasının çalışması üçün lazımlıdır. Maqnezium ehtiva etdiyi üçün əzələləri rahatladıcı  qırmızı qan hüceyrələrinin formalaşmasına, ağciyərlərdən toxumalar oksigen daşınmasına köməkçi olan və qanazlığının qarşısını alan dəmir baxımından , olduqca zəngin bir qidan maddəsidir.

Gündəlik həyatımızda çərəz olaraq istifadə etdiyimiz qoz əslində təbii bir dərmandır.
Qoz yarpaqları və qabıqları ilə hazırlanan dərmanlar qanı təmizləyir, qansızlığı aradan qaldırır.
İshal və dizenteriyanı kəsir. Vərəm və şəkər xəstəliyində həm bəsləyici, həm də müalicə edicidir.
Bitki alimlərə görə bol miqdarda A, B1, B2, C, E və K vitaminləri ilə “Chinon Juglon” adlı aktiv maddə ehtiva edən qozun həm içi, həm ağacının qabıqları həm də yarpaqları bir çox sağlamlıq probleminin qarşısını alır.

Ekspertlər hər səhər naharda bir miqdar qoz yeyilməsinin zəkanı inkişaf etdirdiyini ifadə edirlər.    Qozun faydalarını sıralamağa davam edəcək olsaq; qoz ehtiva etdiyi fosfor və kalsium səbəbi ilə zehini yorğunluğu aradan qaldırır, sümük və dişləri gücləndirir. Kalium baxımından olduqca zəngindir. Kalium, sinirlərin sakitliyi və əzələ toxumasının çalışması üçün lazımlıdır. Maqnezium ehtiva etdiyi üçün əzələləri rahatlaşdırıcı Qırmızı qan hüceyrələrinin formalaşmasına, ağciyərlərdən bədən üzvlərinə oksigen daşınmasına köməkçi olan və qansızlığı önləyən "dəmir" baxımından, olduqca zəngin bir qidan maddəsidir. Bal ilə qarışdırılıb istehlak edildiyində soyuqlamış mədəyə yaxşı gəlir, damar sərtliyini önləyir. Enerji təmin edir.

Şəkər xəstələri üçün həyati əhəmiyyəti olan insulini artırar Vərəm mikrobuna qarşı qoruyar.


Digər xəbərlər

© 2008 Qafqaz konserv zavodu / Bütün hüquqlar qorunur
SilverKey Azerbaijan Developed and Supported by SilverKey Azerbaijan