“TSE ISO 9001:2000” Növbəti dəfə 3 İllik Müddətə “Qafqaz Konserv Zavodu”nda
Yüksək keyfiyyətli konserv məhsulları ilə ölkə bazarını daim təmin edən “Qafqaz Konserv Zavodu” “ISO 9001:2000” sertifikatına layiq görülmüşdür
2008-ci il 14-15 oktyabr tarixlərində “TSE Yenidən sertifikatlaşdırma” yoxlaması ilə əlaqədar olaraq Həsən Tuncay, İsmayıl Dağıstanlı və Xatirə Salahovadan ibarət qrup “Qafqaz Konserv Zavodu” MMC-də olmuşdur. Yoxlama zamanı “ISO 9001:2000” sisteminin bütün maddələri gözdən keçirilmiş və geniş şəkildə yoxlanılmışdır.
“TSE İSO” yoxlama qrupu zavodda gerçəkləşdirilmiş bütün işləri təqdir edərək davamlı inkişaf istiqamətində atılan bu addımları dəstəkləmiş və yoxlama zamanı sistemin heç bir maddəsində minor (kiçik) və ya major (böyük) xətaları ilə üzləşməmişdir. Bununla da, yeni 3 illik müddətə “ISO 9001:2000” sertifikatının “Qafqaz Konserv Zavodu” MMC-yə verilməsi qəbul edilmişdir.
Yoxlama prosesi ərzində mütəxəssis Rəşad Nəbizadəyə yüksək münasibət və dəstək göstərən İdarəçilik Sistemləri şöbəsinin mütəxəssisi Asif Məlikovun əldə edilən bu nailiyyətlərdə xüsusi rolu olmuşdur.
Qeyd etmək lazımdır ki, yoxlama zamanı sistemin gedişatını daha yüksək nöqtəyə çıxarmaq məqsədilə bəzi tövsiyələr söylənmişdir. Söylənilmiş tövsiyələr nəzərə alınaraq qeydiyyata alınmış və gələcək planlara əlavə edilmişdir.



Developed and Supported by